SƏNAYE

Azərbaycanda qızıl hasilatı azalıb
13 AVQUST
94

Azərbaycanda qızıl hasilatı azalıb

2016-08-13 12:19:00

2016-cı ilin yanvar-iyul aylarında Azərbaycanda qızıl hasilatı 1 min 115,9 kq təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu, ötən ilin analoji dövrünün göstəricisindən 15,8% azdır. 

Fins.az xəbər verir ki, iyulda Azərbaycanda 142,1 kq qızıl hasil olunub.

Hasil edilən qızıl emala göndərilib.

2015-ci ildə respublikada 2229,3 kq qızıl hasil olunub, hasilatın həcmi 19,1% artıb.

Azərbaycan hökuməti 2016-cı ildə qızıl hasilatını 1 min 891,6 kq həcmində proqnozlaşdırır.

Hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement tipli müqavilə çərçivəsində “Gədəbəy” yatağından hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.

İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. “Qoşa” yatağından qızıl hasilatı isə 2013-cü ilin III rübündən həyata keçirilir. 

Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır.

Mənbə: “İnterfaks-Azərbaycan” 

 
 
 
 
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275