SƏNAYE

Azərbaycanda məhsul istehsalı azalıb
12 AVQUST
141

Azərbaycanda məhsul istehsalı azalıb

2016-08-12 20:06:00

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 32122,6 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,0 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 30,7 faiz azalmasıdır. Əlavə dəyərin 38,79 faizi sənayedə, 11,30 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 9,37 faizi tikinti, 6,88 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,68 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,72 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,96 faizi informasiya və rabitə, 15,84 faizi isə digər sahələrdə istehsal olunub. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,46 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 3340,6 manata bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272