SƏNAYE

Gəncədə yeni zavodlar
12 AVQUST
285

Gəncədə yeni zavodlar

2016-08-12 15:01:00

Gəncə şəhərində yeni istehsal sahələrinin yaradılmasının dəstəklənməsi, sənaye zonalarının və klasterlərinin təşkili işləri də davam etdirilir.

Fins.az "Marja"-ya istinadən xəbər verir ki, hazırda Bakı-Qazax avtomobil yolunun sağ tərəfindəki 15 hektar torpaq sahəsində “NB Satınalma və Ticarət” MMC tərəfindən tikinti materialları istehsalı zavodunun inşası davam etdirilir.

Eyni zamanda, “Avanqard N” MMC tərəfindən quru inşaat materialları istehsalı zavodunun inşası üçün danışıqlar aparılır.

“Elba Kəsim və Emal Fabrikası” MMC-nin inşası davam edir. “Neon” firmasında müəssisə daxilində istehsal sahəsi genişləndirilərək Rusiya və Ukraynadan alınmış 2 ədəd qovurma və paketləmə texnoloji xətlərində quraşdırma işləri həyata keçirilir. Eyni zamanda, bu müəssisədə gündəlik istehsal gücü 13 ton olan makaron və gündəlik istehsal gücü 240 ton olan çəltik istehsal edən zavodun biznes planı hazırlanır.

“Gil-Torpaq” İstehsalat Sahəsinin yenidənqurma layihəsinin iqtisadi-texniki əsaslandırılması işləri başa çatdırılaraq Maliyyə Nazirliyinin və İqtisadiyyat Nazirliyinin müvafiq rəyləri əsasında Nazirlər Kabinetinə təqdim edilib.

 
 
 
 
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272