SƏNAYE

Qlobal neft təklifi iyulda 97 milyon barreli ötüb
11 AVQUST
225

Qlobal neft təklifi iyulda 97 milyon barreli ötüb

2016-08-11 15:16:00

İyulda qlobal neft təklifi iyun ayı ilə müqayisədə gündəlik 800 min barrel artaraq 97 milyon 10 min barrel olub.

Fins.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilir. Bildirilir ki, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı iyulda iyun ayına nisbətdə gündəlik 150 min barrel artımla 33 milyon 390 min barrelə çatıb. Bu, son səkkiz ilin ən yüksək səviyyəsi deməkdir.

OPEC-in xam neftdən başqa digər şərti olmayan istehsalı isə gündəlik 6 milyon 950 min barrel olub. Bununla da OPEC-in ümumi neft istehsalı 40 milyon 340 min barrel təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272