SƏNAYE

Sənaye istehsalı nə qədər artıb? – STATİSTİKA
11 AVQUST
173

Sənaye istehsalı nə qədər artıb? – STATİSTİKA

2016-08-11 14:28:00

2016-cı ilin yanvar-iyul aylarında Azərbaycanda ötən illə müqayisədə sənaye istehsalı 0,9 faiz artıb. Dövlət Statistika Komitəsindən fins.az-a verilən xəbər  görə, 7 ayda 17,6 milyard manatlıq sənaye məhsulu istehsal edilib. 

Sənaye məhsulunun 65,1 faizi mədənçıxarma sektorunda, 28,6 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. 

Mədənçıxarma sektorunda məhsul istehsalı 0,9 faiz artıb. Bu, əsasən, neft hasilatının hesabına baş verib. İlk 7 ayda  heft hasilatı  0,7 faiz artıb. Əmtəəlik qaz hasilatı isə 8 faiz azalıb. 

Emal sənayesində artım nə qədər olub?  

– 2016-cı ilin ilk 7 ayında emal sektorunda aşağıdakı sahələrdə  artım müşahidə edilib. 

– Qida məhsullarının istehsalı - 3,8 faiz, 

– Tütün məmulatlarının istehsalı - 10,5 faiz, 

– Toxuculuq sənayesi məhsullarının istehsalı - 2,8 dəfə, 

– Geyim istehsalı - 9,6 faiz,

– Ağac emalı və ağacdan məmulatların istehsalı - 28,5 faiz, 

– Kağız və karton istehsalı - 1,7 faiz, 

– Poliqrafiya məhsullarının istehsalı - 3,9 faiz, 

– Metallurgiya sənayesi məhsullarının istehsalı - 2,3 faiz,

– Hazır metal məmulatlarının istehsalı - 17,4 faiz, 

– Kompyuter və elektron məhsullarının istehsalı - 10,8 faiz, 

– Elektrik avadanlıqlarının istehsalı - 2,2 dəfə, 

– Avtomobil, qoşqu və yarımqoşquların istehsalı - 26,8 faiz, 

– Mebel istehsalı - 4,6 faiz,

– Maşın və avadanlıqların quraşdırılması və təmiri işləri - 73,0 faiz. 

Bu sahələrdə isə istehsal azalıb

– İçkilərin istehsalı -12 faiz, 

– Dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı - 75,4 faiz, 

– Kimya sənayesi məhsullarının istehsalı - 11,5 faiz, 

– Rezin və plastik kütlə məmulatlarının istehsalı - 16,6 faiz, 

– Tikinti materiallarının istehsalı - 21,3 faiz, 

– Maşın və avadanlıqların istehsalı - 10,9 faiz azalıb. 

– Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,0 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,1 faiz azalıb. 

– Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,6 faiz, neft sektorunda isə 0,7 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275