SƏNAYE

OPEC neftə tələbat proqnozunu yüksəltdi
10 AVQUST
191

OPEC neftə tələbat proqnozunu yüksəltdi

2016-08-10 17:33:00

Neft İxracatçıları Ölkələri Təşkilatı (OPEC) 2017-ci ildə dünya üzrə neftə olan tələbat proqnozunu artırıb. 

Fins.az APA-ya istinadən məlumatına görə, təşkilatın avqust ayı  hesabatında bildirilir ki, gələn il neftə tələbat gündəlik olaraq 0,09 mln. barel artaraq 95,41 mln. barel təşkil edəcək.

Təşkilat 2016-cı ildə dünyanın neftə olan tələbatın gündəlik olaraq 0,09 mln. barel artacağını və 94,26 mln. barel olacağını gözləyir.

Sənəddə deyilir ki, bu ilin nəticələrinə görə, OPEC-ə üzv olmayan ölkələrdən neft tədarükü gündəlik olaraq 0,79 mln. barel azalacaq və gündəlik olaraq 56,13 mln. barel olacaq. Bu, iyul proqnozuna nisbətdə 100 min barel çoxdur: “Proqnozun artırılması bu ilin birinci rübündə ABŞ, Böyük Britaniya, Hindistan, Braziliya, Oman və Qanada vəziyyətin gözlənilənlərdən daha yaxşı olması ilə bağlıdır ki, bu da Avstraliya, Bruney, Malayziya, Tailand, Rusiya və bəzi MDB ölkələrindəki proqnozun pisləşməsini kompensasiya edir”. 

OPEC analitikləri proqnozlaşdırır ki, 2017-ci ildə neft hasilatı azalmaqda davam edəcək və gündəlik olaraq 55,97 mln. barel təşkil edəcək. 

İlkin məlumatlara görə, iyul ayında dünya üzrə neftin ümumi hasilat həcmi iyun ayı ilə müqayisədə gündəlik olaraq 240 min barel artıb və 95,14 mln. barelə çatıb. Bununla belə OPEC-ə özü olmayan ölkələrdə neftin gündəlik hasilat gücü 0,2 mln. barel artıb. OPEC ölkələrində isə istehsal gündəlik olaraq 46 min barel çoxalıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272