SƏNAYE

TANAP ilə "Türk axını" birləşdirilsin - YENİ TƏKLİF
10 AVQUST
230

TANAP ilə "Türk axını" birləşdirilsin - YENİ TƏKLİF

2016-08-10 14:24:00
Türkiyə tərəfi bu günlərdə çox arijinal təkliflə çıxış edib. Rusiyanın ideya müəllifi olduğu  "Türk axını" ilə TANAP-ın birləşdirilməsini irəli sürüb. Xatırladaq ki, TANAP ilə 2020-ci ildə Azərbaycan qazı Avropaya çıxarılacaq. 
 
Fins.az TRT Haber-ə istinadən bildirir ki, bu fikri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu səsləndirib. Onun sözlərinə görə, "Türk axını" ilə Ankara yalnız öz ehtiyaclarını ödəmək məqsədilə Rusiyadan il ərzində 16 milyard kub metr qaz ala bilər. Rusiya qazının qalan həcmi isə TANAP vasitəsilə Avropaya çıxarıla bilər. 
 
Qeyd edək ki, 9,2 milyard dollar səviyyəsində qiymətləndirilən TANAP "Şah Dəniz"dən çıxarılan Azərbaycan qazının Avropaya çıxarılmasını nəzərdə tutur. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275