SƏNAYE

Müdafiə sənayesi məhsulları sərgiləcək
09 AVQUST
143

Müdafiə sənayesi məhsulları sərgiləcək

2016-08-09 12:04:00

Sentyabrın 27-dən 30-dək Bakı Ekspo Mərkəzində “ADEX 2016” 2-ci Azərbaycan Beynəlxalq Müdafiə sərgisi keçiriləcək.

Sərgi təşkilatçılarının fins.az-a verdiyi xəbərə görə, sərgi müdafiə sənayesi sahəsində ən yeni və unikal məhsulları peşəkarlara təqdim etmək, eləcə də təcrübə mübadiləsi aparmağa imkan yaradacaq. 

Bildiriblər ki, eynəlxalq nümayəndə heyətləri, habelə xarici şirkətlər “ADEX 2014” sərgisinə böyük maraq göstərib. "Bununla da Azərbaycan regionda həm strateji tərəfdaş, həm də etibarlı münasibətlərin simvolu kimi yüksək rol və əhəmiyyətini bir daha təsdiq etdi".  

Tədbirə olan böyük marağını nəzərə alaraq bu il sərginin 4 gün davam etməsinə qərar verilib. Artıq 150-dən çox şirkətin “ADEX 2016” sərgisində iştirak edəcəyini təsdiqləyib. Onların sırasında “Aselsan”, “CETC”, “Damen”, “MBDA”, “Norinco”, “IAI”, “Roketsan”, “Rosoboronexport”, “Thales” şirkətləri də yer alıb.

İsrail, Çin, Pakistan, Rusiya, Türkiyə və Fransa kimi ölkələr isə sərgidə milli stendlə iştirak edəcəklər. Artıq onlar ekspozisiya meydançalarını rezervasiya ediblər.  

Sərgidə Azərbaycanın milli pavilyonunu ölkənin milli müdafiə kompleksini təqdim edəcək.  Burada Müdafiə Sənayesi Nazirliyinin müəssisələri müdafiə və xüsusi təyinatlı məhsulları, eləcə də silah-sursat nümunələrini nümayiş etdirəcək. Ümumilikdə, sərgidə aşağıdakı istiqamətlər üzrə əldə olunan nailiyyətlərin nümayiş etdirilməsi planlaşdırılır: 

quru qoşunları və hərbi-hava qüvvələri üçün texnika və silahlar, 

hərbi aviasiya silahları, 

hava hücumundan müdafiə üzrə sistem və vasitələr, 

xüsusi təyinatlı avadanlıq və vasitələr, 

informasiya texnologiyaları, 

kosmik texnologiyalar,

ordunun inzibati və texniki təchizatı.

Qeyd edək ki, “ADEX 2016” sərgisinin təşkilatçıları Müdafiə Sənayesi Nazirliyi və “Caspian Event Organisers” “CEO” şirkəti, qeydiyyat sponsoru isə Türkiyə Müdafiə Sənayesi Katibliyidir.

Bu sərgi layihəsinin özəl xüsusiyyətlərindən biri, mühafizə və müdafiə vasitələri, xilasetmə, mühafizə texnikası, sənaye və nəqliyyat təhlükəsizliyi sistemləri, eləcə də informasiya və rabitənin mühafizəsi, müasir yanğın təhlükəsizliyi vasitələri üzrə geniş məhsul spektrinin vahid konsepsiya çərçivəsində tammiqyaslı nümayişidir.

Sərgidə seminar və təqdimatlarla yanaşı, sənaye təyinatlı nazirliklər, istehsalçı şirkətlərin rəhbərləri və sifarişçilərlə çoxsaylı ikitərəfli görüşlər  keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274