SƏNAYE

Ukraynada yeni "SOCAR LPG" şirkəti təsis edilib
09 AVQUST
118

Ukraynada yeni "SOCAR LPG" şirkəti təsis edilib

2016-08-09 10:03:00

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə qurumu "SOCAR Energy Ukraine" mayeləşdirilmiş qazın topdan və pərakəndə satışını həyata keçirmək üçün yeni şirkəti qeydiyyatdan keçirib.

Fins.az "Report"-a  istinadən xəbər verir ki, "SOCAR LPG" adlı şirkət Çerkasıda qeydiyyatdan keçib.

Şirkətə Yekaterina Tamrazova rəhbər təyin olunub. O bildirib ki, yeni qurumun yaradılması SOCAR-ın Ukrayna nümayəndəliyinin strukturunda təbii qaz istiqamətinin gücləndirilməsi ilə əlaqədardır.

Y.Tamrazova avqustun 1-dən vəzifəsini icra edir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271