SƏNAYE

Neftin ucuzlaşması müvəqqəti xarakter daşıyır – OPEC
08 AVQUST
188

Neftin ucuzlaşması müvəqqəti xarakter daşıyır – OPEC

2016-08-08 14:59:00

OPEC-in sentyabr ayının 26-sı və 28-i toplanacağı gözlənilir. Toplantı öncəsi OPEC-in rəsmi internet saytında yayımlanan bir xəbərdə təşkilatın sədri Mohammed Al-Sada bildirib ki, neft qiymətlərinin cari ucuzlaşması müvəqqəti xarakter daşıyır. Eyni zamanda, o, neftə olan tələbin 3-cü və 4-cü rüblərdə artacağını proqnozlaşdırır. OPEC-in açıqlamasına görə, uzun müddətli perspektivdə neft qiymətlərinin ucuzlaşması gözlənilmir və cari ilin 2-ci rübündə neftə olan tələbin artacağı gözlənilir. 

Tələbin artması isə nəft idxal edən iqtisadiyyatlarda iqtisadi inkişafın artması ilə əlaqələndirilir. Beləliklə, OPEC-in sədri olmaqla yanaşı, Qətərin də enerji naziri olan Mohammed Al-Sada tələbin artması fonunda qiymətlərin də bahalaşacağını gözləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272