SƏNAYE

Azərbaycan yeni yanacaq növü ixrac edəcək
04 AVQUST
352

Azərbaycan yeni yanacaq növü ixrac edəcək

2016-08-04 16:13:00

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABOEMDA) yanacağın yeni növünü – tullantı qranulalarını ixrac edəcək. Fins.az-ın məlumatına görə, agentlik "Azərbaycanın regionlarında enerji layihələri üçün zibil" layihəsini təqdim edib. Tullantıların enerjiyə çevrilməsi hələki yalnız Abşeronda baş tutur.

Plan ondan ibarətdir ki, bu faydadan regionlarda da yararlana bilsinlər. Layihə Ağdaş, Bərdə, Beyləqan, Biləsuvar, Göyçay, Haciqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab şəhərlərindən alınan tullantıların əsasında olacaq.

Seçilmiş tullantılar zibil qranularına transformasiya edəcək. Bu qranulaların bir tonu dünya bazarlarında 120-140 dollara satılır. Layihənin investisiya dəyəri 1,4 mln. dollardır. Maliyyələşdirmə xarici investisiyaların hesabına olacaq. Layihənin reallaşdırılması dörd ilə başa gələcəyi proqnozlaşdırılır. Lakin indi layihənin yalnız ilkin texniki-iqtisadi parametrləri müəyyənləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272