SƏNAYE

Ərdoğan SOCAR prezidentini qəbul edib
03 AVQUST
298

Ərdoğan SOCAR prezidentini qəbul edib

2016-08-03 15:40:00

SOCAR-ın prezidenti Rövnəq Abdullayev avqustun 2-də Ankarada Beynəlxalq İnvestorlarla Yüksək Səviyyəli İqtisadi Dialoq toplantısında iştirak etmişdir.Toplantıdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan SOCAR rəhbərini qəbul etmişdir. Türkiyə və Azərbaycan arasında strateji dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayan Türkiyə Prezidenti SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələrin iki qardaş ölkənin iqtisadi inkişafına mühüm töhfə verdiyini qeyd etmişdir.

Layihələrin icrası üzrə işlərin gedişi ilə maraqlanan Türkiyə Prezidenti SOCAR-ın fəaliyyətinin dəstəkləndiyini bildirmiş, yatırımlarının əhəmiyyətini qeyd etmiş və fəaliiyətlərin bundan sonra da yüksələn xəttlə inkişaf edəcəyinə əmin olduğunu vurğulamışdır. SOCAR prezidenti Rövnəq Abdullayev şirkətin fəaliyyətinə verilən dəstək üçün təşəkkürünü bildirmiş, bütün layihələrin qrafikə uyğun şəkildə davam etdiyini söyləmiş, Türkiyə Prezidentini əmin etmişdir ki, SOCAR həyata keçirdiyi bütün layihələri vaxtında və yüksək keyfiyyətlə başa çatdıracaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272