SƏNAYE

Ukrayna Azərbaycan və Qazaxıstan neftinin nəqlinə maraqlıdır
03 AVQUST
118

Ukrayna Azərbaycan və Qazaxıstan neftinin nəqlinə maraqlıdır

2016-08-03 12:24:00

Ukrayna bu ilin sonuna Azəırbaycan və Qazaxıstandan 2 mln. tona qədər xam neftin Avropaya nəqli üçün saziş imzalamağı planlaşdırır

Fins.az "Report"-a istinadən xəbər verir ki, bu barədə dövlət neft daşıma operatoru olan "UkrTransNafta" ASC məlumat yayıb.

"UkrTransNafta" hökumətə məktubunda Azərbaycan və Qazaxıstan neftinin Odessa-Brodı kəməri ilə daşınması üçün bəzi ön məhdudiyyətlərin asanlaşdırılmasını istəyib. 

Qeyd edək ki, hazırda bu kəmərə daha çox Rusiyanın "Urals" nefti doldurulur.

"UkrTransNafta" boru kəmərləri ilə neftin Ukraynanın emal müəssisələrinə daşıyan və Mərkəzi və Şərqi Avropa ölkələrinə tranzitini həyata keçirən yeganə milli operatordur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272