SƏNAYE

"Petkim"in bəzi obyektlərində axtarışlar aparılır
02 AVQUST
167

"Petkim"in bəzi obyektlərində axtarışlar aparılır

2016-08-02 11:30:00

"Petkim Petrokimya Holding A.Ş."-yə məxsus olan və İzmir şəhərinin Aliağa adlanan ərazisində yerləşən bir neçə obyektdə Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən xüsusi əməliyyat keçirilir.

"Anadolu" agentliyi xəbər verir ki, əməliyyat FETÖ terror qruplaşmasına qarşı aparılan tədbirin tərkib hissəsidir.

Hüquq-mühafizə orqanları ərazidə axtarışlar aparır.

Saxlanılanlar barədə məlumat yoxdur.

Xatırladaq ki, bundan öncə "Petkim Petrokimya Holding A.Ş."-nin baş direktoru Saadettin Korkut tutduğu vəzifədən istefa verib. Bunun ardınca S. Korkut hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.


S. Korkutu SOCAR-ın Yunanıstandakı törəməsinin ("SOCAR Greece") rəhbəri işləmiş Anar Məmmədov əvəzləyib.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271