SƏNAYE

“MET-AK” Balaxanı Sənaye Parkının rezidenti oldu
29 İYUL
208

“MET-AK” Balaxanı Sənaye Parkının rezidenti oldu

2016-07-29 14:39:00

Cümə günü təkrar emal olunmuş plastik materialların istehsalını planlaşdıran “MET-AK” MMC Balaxanı Sənaye Parkının rezidenti şəhadətnaməsi aldı.

Fins.az-ın məlumatına görə, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov şirkətə müvafiq setifikat təqdim edib.

“MET-AK” sənaye parkının beşinci rezidenti oldu.

Parkın ərazisində layihəyə şirkətin investisiyaları 16,5 mln. manat təşkil edəcək.

Bu layihələrin reallaşdırılması 130-dan çox daimi iş yerinin yaradılmasına imkan verəcək.

Nazirliyin qiymətləndirmələrinə görə, ümumilikdə Balaxanı Sənaye Parkının qeydiyyata alınmış 5 rezidenti tərəfindən 23 mln. manat investisiyanın yatırılması nəzərdə tutulur və layihələrin reallaşdırılması 200-dən çox daimi iş yerinin açılması imkanı yaradır.

Xəbər verildiyi kimi, bir sıra şirkətlər Parkın rezidenti olmaq barədə müraciət ediblər və hazırda bu müraciətlərə baxılır.

Nazirlikdən vurğulayıblar ki, hazırda 14 anqar modul tipli istehsalat sexinin inşası həyata keçirilir və tikinti işlərinin 2017-ci ilin mart ayınadək tamamlanması gözlənilir.

Balaxanı Sənaye Parkı Azərbaycan Respublikası prezidentinin 28 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsis edilib və 2012-ci il dekabrın 19-da dövlət başçısının iştirakı ilə əsası qoyulub. Parkın yaradılmasında məqsəd təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şəraitin yaradılması, ölkədə yaşıl biznesin, tullantıların təkrar emalı sənayesinin inkişaf etdirilməsidir. “Ernst&Young” şirkəti 7 hektar ərazidə yerləşəcək parkın texniki-iqtisadi əsaslandırılmasına dair sənəd hazırlayıb.

Parkın 4 rezidenti qeydiyyatdan keçib. Bunlar “Ekokat” MMC (investisiyalar - 3,7 mln. manat ), “Az.Ekol” MMC (1,3 mln. manat) və “Ecokat” MMC-dir (0,9 mln. manat) və “Capar Poliqraf” (0,7 mln. manat). 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271