SƏNAYE

"Petkim"də daha bir istefa
29 İYUL
183

"Petkim"də daha bir istefa

2016-07-29 10:53:00

Türkiyənin "Petkim" neft-kimya kompleksinin satın almalar üzrə direktor müavini Natiq Dəmirov istefa verib.

Fins.az-ın "Trend"-ə istinadən məlumatına görə, bu holdinqin rəsmi yaydığı məlumatda qeyd olunub.

Daha öncə Direktorlar Şurasının sədri Vaqif Əliyev bildirmişdi ki, iyulun 27-dən etibarən "Petkim" holdinqində (SOCAR-ın Türkiyə aktivi) ayrı-ayrı departamentlərdən 27 nəfər işdən azad edilib.

Onun sözlərinə görə, SOCAR Türkiyədə restrukturizasiya prosesi çərçivəsində əvvəlki kimi bu ölkəyə investisiya yatırmağa davam edəcək: "Türkiyədə şirkətin investisiyaları 18 milyard dollar təşkil edir. Bununla da şirkət Türkiyədə ən iri xarici investordur".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270