SƏNAYE

"SOCAR Türkiye"-in Türkiyədəki əməliyyatları dəyişdirilir
28 İYUL
125

"SOCAR Türkiye"-in Türkiyədəki əməliyyatları dəyişdirilir

2016-07-28 14:57:00

"Bütün tərəfdaşlarına qarşı məsuliyyətini bilən və sahib çıxan, həyata keçirdiyi işlər və layihələrlə əlavə dəyər yaradan, bütün əməliyyatlarını etibarlı, iqtisadi baxımdan optimal şəkildə həyata keçirən, çoxtərəfli, yenilikçi və nəticəyə yönəlmiş bir mühit yaradan beynəlxalq şirkət olaraq "SOCAR Turkey"in əməliyyatlarını yenidən formalaşdırırıq".

Fins.az "Report"-a  istinadən xəbər verir ki, bunu SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Sərmayələr İdarəsinin rəisi, "SOCAR Turkey Enerji" və "Petkim Holding"in İdarə Heyətinin sədri Vaqif Əliyev açıqlamasında bildirib.

"Bu istiqamətdə qarşıdakı günlərdə elan edəcəyimiz müəyyən olunmuş sərmayələrə əlavə olaraq bir sıra təşkilati dəyişikliklər aparmışıq. İyulun 27-dən etibarən "SOCAR Turkey" və qrup şirkətlərində beynəlxalq mövqeyimizi daha da möhkəmləndirəcək bir model yaratmışıq", - deyə İdarə rəisi əlavə edib.

O qeyd edib ki, "C-Level" səlahiyətləndirmə ilə bu nəhəng investisiyalar daha da effektiv hala gətiriləcək, layihələr sürətləndiriləcək, qərar qəbul etmə-tətbiq etmə müddətlərindəki effektivlik artırılacaq.

V.Əliyev bildirib ki, "Petkim Holding" SOCAR üçün çox önəmli sərmayədir: "SOCAR Turkey" və bağlı olduğu digər şirkətlərdə yenidən təşkilatlanma müddəti yeni sərmayələri də əhatə edəcək şəkildə davam edəcək. Sadəddin Qorqud iyulun 27-də vəzifəsini Anar Məmmədova təslim edib".

SOCAR rəsmisi "Petkim Holding"i daha dinamik hala gətirməyi hədəfləyən başdan ayağa yenidənqurulma çərçivəsində fərqli departamentrlərdə çalışan 27 işçinin əmək müqaviləsinin bütün hüquqi haqları ödənilməklə dayandırıldığını əlavə edib.

O qeyd edib ki, yenidən təşkilolunma çərçivəsində "SOCAR Turkey"in müxtəlif departamentlərində çalışan 4 işçi də vəzifəsindən ayrılıb.

"Bütün enerjimizlə Türkiyənin yanında olmaq üçün buradayıq və sərmayələrimizi fasiləsiz davam etdirdiyimizi bildirmək istəyirik", - deyə V.Əliyev bəyan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271