SƏNAYE

Yeni enerji tərəfdaşları - AZƏRBAYCAN, İRAN VƏ RUSİYA
28 İYUL
174

Yeni enerji tərəfdaşları - AZƏRBAYCAN, İRAN VƏ RUSİYA

2016-07-28 12:46:00

Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşü ölkələr arasında enerji sahəsində əməkdaşlığın inkişafı üçün yaxşı platforma olacaq. Energetika naziri Natiq Əliyev buna əmindir.

“Avqust ayında keçiriləcək görüş, regionda müstəqil enerji siyasəti yürüdən Azərbayca, İran və Rusiyanın maraqlarının əlaqələndirilməsi sayəsində enerji əməkdaşlığına təkan vermək üçün yaxşı platformaya çevrilə bilər”, - deyə N.Əliyevin rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.

Nazir qeyd edir ki, üç ölkənin birgə reallaşdırdığı layihələrdə Azərbaycan, İran və Rusiyanın elektrik enerji sistemlərinin birləşdirilməsi layihələri və Rusiya, həmçinin digər Xəzəryanı ölkələrdən qaz nəqli üçün dəhlizlərin yaradılması mühüm yer tutur.

“Üç ölkə liderinin qəti mövqeyi sayəsində Bakı göüşündə bu layihələrin icrası sürətləndirilə bilər”, - deyə N.Əliyev qeyd edib.

Onun sözlərinə görə, İran üzərindən sanksiyalar götürüldükdən sonra üç ölkə arasında qurulan yeni qarşılıqlı əlaqələr enerji sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlərin yaranmasına imkan yaradır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271