SƏNAYE

«PETKİM» əməkdaşları işdən çıxarılmalarına etiraz edir
28 İYUL
218

«PETKİM» əməkdaşları işdən çıxarılmalarına etiraz edir

2016-07-28 11:41:00

«PETKİM» Türkiyədə paralel dövlət qurumu ilə əlaqəsi olmaqda ittiham edilən  rəhbəri Sadəddin Qorqud və neft şirkətlərinin 200 əməkdaşı işdən uzaqladırılıb. Fins.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, onunla yanaşı SOCAR-ın sosial əlaqələr direktoru Ömer Adsız, SOCAR İnsan Resursları direktoru İlgar Mehmetoğlu və SOCAR İnformasiya məsələləri  direktoru Çətin Qorqud  bugün vəzifələrindən istefa veriblər. 

«SOCAR Türkiyə» və «PETKİM»dəki bu istefaların  15 iyul dövlət çevrilişi  cəhdi ilə bağlı olduğu iddia edilir. «PETKİM»in baş direktoru S.Qorqud  dünən axşam saatlarında şirkətin əməkdaşları ilə vidalaşaraq istefasını bəyan edib. Məsələ ilə bağlı bu gün  İstanbul fond birjasının  məlumatlandırılacağı bildirilib. 

Eyni zamanda «İzmir Petkim» ve «Star» zovodunda dövlət çevrilişi  cəhdi ilə bağlılığı iddia edilən ümumilikdə 50 işçi işdən kənarlaşdırılıb.

«Petkim»də açıqlama verən şöbə müdiri Əhməd Oktay işdən çıxarılmaların Türkiyə xüsusi xidmət orqanlarının məlumatlarına əsaslandığını bəyan edib:

«Çevrilişçiləri müdafiə etmərik, heç bir formada da etmədik. Ancaq  xüsusi xidmət orqanlarının məlumatlarınl  anlamadıq. Bəs bu informasiyalar nədir, nəyə əsaslanaraq əldə edilib? Bir açıqlama yoxdur. Bəs bura gələnlər niyə bizimlə danışmaq istəmirlər? Niyə ancaq işverənlə söhbət edirlər? Heç bir formada bizə məlumat verilmir, informasiyalara çata bilmirik». 

Ə.Oktayın sözlərinə görə, hökumət rəsmiləri işdən çıxarılanların məhkəmə yolu ilə öz hüquqıarını tələb edə biləcəklərini açıqlayıb.

«Hökumət deyir ki, işdən çıxarılan əməkdaşlar hüquqlarının müdadfəsi üçün məhkəməyə müraciət edə bilərlər. Əgər haqlarındakı iddialar doğru deyilsə təkrar işə bərpa ediləcəklər. Biz də bu iddiaların təqibçisi olacağıq. Bunu da bildirim ki, işdən çıxarılmaqla bağlı açıqlamada heç bir cinayət ünsürü yoxdur».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272