SƏNAYE

"Petkim"-e yeni rəhbər təyin olundu
28 İYUL
313

"Petkim"-e yeni rəhbər təyin olundu

2016-07-28 09:54:00

"Petkim Petrokimya Holding A. Ş."-yə yeni rəhbər təyin olunub. Fins.az xəbər verir ki, holdinqin baş direktoru vəzifəsi Anar Məmmədova həvalə olunub. 

Anar Məmmədov eyni zamanda SOCAR-ın Yunanıstandakı törəməsinin ("SOCAR Greece") rəhbəridir.

Eləcə də bax: "Petkim"in baş direktoru saxlanılıb

Qeyd edək ki, "Petkim Petrokimya Holding A. Ş." neft-kimya kompleksinin baş direktoru Saadettin Korkut saxlanılıb. Bundan başqa holdinqin, o cümlədən onunla əlaqəsi olan digər müəssisələrin də rəhbərliyində təmsil olunan bir neçə şəxsin işindən uzaqlaşdırıldığı iddia olunur. 

Ümumilikdə, 200-dən çox şəxs işdən uzaqlaşdırılıb. Onların arasında "SOCAR Turkey Energy" şirkətinin ictimaiyyətlə əlaqələr üzrə bölmənin rəhbəri Ömər Adsız, STAR zavodunun insan resursları üzrə direktoru Fuat Ulagay və onun "SOCAR Turkey Energy"dən olan həmkarı İlqar Mehmetoğlu, "SOCAR Turkey Energy"nin elmi tədqiqat üzrə direktoru Çetin Korkut da istefa verib. Bildirilir ki, onların işdən uzaqlaşdırılmasına səbəb FETÖ ilə əlaqələrinin olmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272