SƏNAYE

İsmayıllıda yeni kombinat istifadəyə verilib
27 İYUL
191

İsmayıllıda yeni kombinat istifadəyə verilib

2016-07-27 10:20:00

İsmayıllı “Tikinti-27” ASC Xanagah kəndinə yaxın ərazidə tikinti materialları kombinatını tikib istifadəyə verib.

Fins.az "Marja"ya istinadən xəbər verir ki, Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, burada saatda 100 kubmetr beton, 120 ton qum, bir o qədər çınqıl hazırlanacaq.

Tam yeni texnologiya əsasında qurulmuş dam örtükləri bölməsində metal dam plitələri və kirəmit formalı dəmir örtük istehsal olunacaq. Müəssisədə  35 nəfər daimi işə qəbul olunub.

26 iyul 2016-cı il tarixdə kombinatın açılış mərasimi olub. Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova giriş nitqi ilə  tədbiri açıb. ASC-nin sədri Azad Əliyev çıxış edərək bildirib ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bu kombinatın inşası başa çatıb və tikinti materialları istehsalına tam hazırdır. İstehsal ediləcək məhsullar bazar qiymətlərinə müsbət təsir edəcək, həm də 35 ailənin həyat şəraitini yaxşılaşdıracaq. İstehsal artdıqca firma mağazaları da açılacaq, İsmayıllı alıcıları artıq uzaq bazarlara üz tutmayacaqlar.

Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxışına inşaatçıları, burada işləyəcək rayon sakinlərini yeni müəssisənin açılışı münasibətilə təbrik edib. Bildirib ki, bundan sonra Basqalda, Qubaxəllilidə, Balikdə, Qalınçaqda və digər yerlərdə yeni-yeni müxtəlif profilli istehsal müəssisələri və iş yerləri açılacaq.

Sonda açılış mərasiminə gələnlər istehsal prosesi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270