SƏNAYE

“SOCAR Polymer”ə 1,1 milyard manat sərmayə yatırılacaq
26 İYUL
89

“SOCAR Polymer”ə 1,1 milyard manat sərmayə yatırılacaq

2016-07-26 09:40:00

Bu gün dünyada maliyyə resurslarının məhdudlaşdığı, sahibkarların investisiya qoyuluşlarına son dərəcə ehtiyatlı yanaşdığı bir şəraitdə Azərbaycan Cənubi Qafqazın sənaye mərkəzi hesab olunur.

Fins.az "Azərbaycan" qəzetinə istinadən xəbər verir ki, 2016-cı ilin dövlət büdcəsində əsas kapitala yönəldiləcək investisiyaların həcmi 18,8 milyard manat proqnozlaşdırılıb. Bunun 57,8 faizi daxili, 42,2 faizi isə xarici investisiyaların payına düşür. Ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub. Büdcə vəsaitlərinin müəyyən qisminin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilməsi respublikamızın milli inkişaf modelinin obyektiv mahiyyətindən irəli gəlir.

“SOCAR Polymer” layihəsi son 40 il ərzində öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk layihədir. Tikintisinə 750 milyon dollardan çox, yəni, 1,1 milyard manat sərmayə qoyulacaq “SOCAR Polymer” Azərbaycanda çox güclü sənaye potensialının inkişaf etdirilməsində növbəti önəmli addım sayılır. 

Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyev bu layihə ilə bağlı fikirlər səsləndirib. Dövlət başçısı bildirib ki, Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən layihələrdən biri - “SOCAR Polymer” kompleksinin tikintisi xüsusi yer tutur. Buraya böyük sərmayə qoyulur. İki ildən sonra artıq bu müəssisə hazır məhsul istehsal edəcək. İdxaldan asılılıq tamamilə aradan götürüləcək və böyük ixrac potensialı yaranacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272