SƏNAYE

SOFAZ-ın investisiya portfelində qızılın payı artdı
25 İYUL
124

SOFAZ-ın investisiya portfelində qızılın payı artdı

2016-07-25 15:07:00
Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) artıq doqquzuncu rübdür ki, qızıl külçələri almır. 
Fins.Az xəbər verir ki, bu ilin ikinci rübü üzrə hesabata görə,  Fond  $1282 mln. məbləğındə qızıl ehtiyyatlarına malikdir. Bu isə SOFAZ-ın investisiya portfelinin 3,8%-nə bərabərdir.
"Hesabat dövründə SOFAZ 30,17 ton qızıla malık idi (970,146 min unsiya). Bu ehtiyatların səviyyəsi 2014-cü il il 1 aprel tarixinə olan göstəricilərlə eynidir".
Bu ilin ikinci rübündə qiymətli metalların bahalaşması ilə əlaqədar Fondun investisiya portfelində qızılın payı 3,5%-dan 3,8%-ə yüksəlib.
Qeyd edək ki, investisiya qaydalarına əsasən Fond öz portfelinin 5%-ə qədərini qızıl ehtiyatlarında saxlaya bilər. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275