SƏNAYE

Prezidentlər TANAP-ı müzakirə edəcək
25 İYUL
145

Prezidentlər TANAP-ı müzakirə edəcək

2016-07-25 12:45:00

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri 2016-cı ilin sonuna kimi enerji əməkdaşlığını müzakirə edəcəklər.

Bu barədə Fins.az 1news.az-a istinadən xəbər verir.

Türkmənistan qazının Xəzərin dibi ilə Azərbaycana, buradan da Türkiyəyə, Avropa sərhədlərinə qədər təchizatı məsləsi müzakirə olunacaq.

Bu haqda Türkiyənin Türkmənistandakı səfiri Mustafa Kapıçı bəyan edib.

Qeyd olunur ki, Türkmənistan dünyada qaz ehtiyatlarına görə, dördüncü - 17,5 trilyon kubmetrə sahibdir. Hazırda Türkmənistan öz qazının böyük hissəsini Çinə, bir hissəsini də İrana ixrac edir.

Həmçinin boru kəmərinin Əfqanıstandan Pakistana və Hindistana çəkilməsi də plalaşdırılılır. Lakin bu layihənin həyata keçirilməsi təhlükəsizlik baxımından çətinləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275