SƏNAYE

SOCAR-ın Mərakeşdəki ziyanı - AÇIQLANDI
25 İYUL
407

SOCAR-ın Mərakeşdəki ziyanı - AÇIQLANDI

2016-07-25 09:32:00

Azərbaycan Dövlət Neft Şirkətinin ticarət evi olan SOCAR Trading-in Məhəmmədiyyə şəhərində (Mərakeş) Samir neft emalı zavodunun ləğvindən itkiləri 9 mln dollar təşkil edəcək. Bu barədə SOCAR Trading-in hesabatında deyilir.

Fins.az-ın "Contact"-a istinadən məlumatına görə, NEZ-nın Mərəkeşin vergi orqanları qarşısında borcları 1,3 mlrd dolları ötüb, ümumi borc isə 4,5 mlrd dollara çatıb, bu səbəbdən də məhkəmə zavodun bağlanması ilə bağlı qərar çıxarıb. 

SOCAR Trading sığorta hesabına vəsaitlərin qismən ödənilməsi hesabı ilə itkiləri 9 mln. dollar həcmində hesablayıb, - deyə hesabatda bildirilir.  

Məhsulunun bir hissəsini SOCAR Tradingin satdığı "Samir NEZ"-ə 62,26% səhm sahibi olan Corral Holdings şirkəti nəzarət edir.

SOCAR Trading Afrikada fəaliyyətini 2015-ci ildən genişləndirir. O vaxt beninin Octogone Stockage de Produits Petroliers şirkətində 20% pay alıb.

SOCAR Trading Anqolada da STL Oil and Gas SA vasiitəsilə genişlənmək istəyir. O şirkətdə 49% səhmə nəzarət edir. Şirkət Nigeriya və Misir bazarında iştirak edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274