SƏNAYE

SOCAR DESFA-dakı payını “Snam”a satacaq
22 İYUL
135

SOCAR DESFA-dakı payını “Snam”a satacaq

2016-07-22 15:05:00

Yunanıstanın qazpaylayıcı operatoru olan DESFA-nın özəlləşdirilməsi prosesi maneəsiz keçir. Fins.az APA-ya istnadən xəbər verir ki, bu barədə Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondunun (Hellenic Republic Asset Development Fund, HRADF) prezidenti Steriqos Pitsorlas deyib. 

"SOCAR tərəfindən İtaliyanın "Snam" şirkətinə 17%-lik səhm paketinin satılması ilə bağlı danışıqlar davam edir və sentyabrın sonu - oktyabrın əvvəlində əqdin bağlanması planlaşdırılır", - deyə S. Pitsorlas qeyd edib. 

Xatırladaq ki, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır. 2013-cü il iyulun 31-də HRADF DESFA-nın 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib. 

2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb. SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir. 

Hazırda DESFA-nın SOCAR tərəfindən əldə edilmiş 66%-lik səhm paketinin 17%-nin "Snam" şirkətinə satmaq üçün danışıqlar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275