SƏNAYE

Metallurgiya sənayesində artım var
22 İYUL
151

Metallurgiya sənayesində artım var

2016-07-22 12:45:00

Cari ilin yanvar-iyun aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 173,6 milyon manatlıq məhsul istehsal edilib.

Fins.az-ın Azərtac-a istinadən məlumatına görə, hesabat dövründə metallurgiya sənayesində 5,5 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 9,4 faizlik artım müşahidə edilib. Həmin dövr ərzində sahə üzrə 31,1 min ton (75,8 faiz çox) polad borular, 162,0 min ton (42,1 faiz çox) polad tökmə və 1,3 min ton (7,3 dəfə çox) ayna çuqun istehsal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275