SƏNAYE

Balaxanı Sənaye Parkının beşinci rezidenti bəlli oldu
22 İYUL
193

Balaxanı Sənaye Parkının beşinci rezidenti bəlli oldu

2016-07-22 10:55:00

Təkrar emal olunmuş plastik materialların istehsalı ilə məşğul olan “MET-AK” MMC Balaxanı Sənaye Parkının beşinci rezidenti oldu.

“İyul ayında “MET-AK” MMC Balaxanı Sənaye Parkının rezidenti stasusu əldə edib”, - Fins.az-ın məlumatına görə, bunu “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən deyiblər.

“Parkın ərazisində layihəyə şirkətin investisiyaları 16,5 mln. manat təşkil edəcək. Bu layihələrin reallaşdırılması 130-dan çox daimi iş yerinin yaradılmasına imkan verəcək”, - deyə nazirlikdən qeyd ediblər.

Nazirliyin qiymətləndirmələrinə görə, ümumilikdə Balaxanı Sənaye Parkının qeydiyyata alınmış 5 rezidenti tərəfindən 23 mln. manat investisiyanın yatırılması nəzərdə tutulur və layihələrin reallaşdırılması 200-dən çox daimi iş yerinin açılması imkanı yaradır.

“Artıq bir sıra şirkətlər Parkın rezidenti olmaq barədə müraciət ediblər və hazırda bu müraciətlərə baxılır”, - deyə məlumatda deyilir.

Nazirlikdən vurğulayıblar ki, hazırda 14 anqar modul tipli istehsalat sexinin inşası həyata keçirilir və tikinti işlərinin 2017-ci ilin mart ayınadək tamamlanması gözlənilir.

Balaxanı Sənaye Parkı Azərbaycan Respublikası prezidentinin 28 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsis edilib və 2012-ci il dekabrın 19-da dövlət başçısının iştirakı ilə əsası qoyulub. Parkın yaradılmasında məqsəd təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şəraitin yaradılması, ölkədə yaşıl biznesin, tullantıların təkrar emalı sənayesinin inkişaf etdirilməsidir. “Ernst&Young” şirkəti 7 hektar ərazidə yerləşəcək parkın texniki-iqtisadi əsaslandırılmasına dair sənəd hazırlayıb.

Parkın 4 rezidenti qeydiyyatdan keçib. Bunlar “Ekokat” MMC (investisiyalar - 3,7 mln. manat ), “Az.Ekol” MMC (1,3 mln. manat) və “Ecokat” MMC-dir (0,9 mln. manat) və “Capar Poliqraf” (0,7 mln. manat).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272