SƏNAYE

Azərbaycanın neft sektorunda yeni tərəfdaşı – MEKSİKA
21 İYUL
162

Azərbaycanın neft sektorunda yeni tərəfdaşı – MEKSİKA

2016-07-21 11:07:00

Azərbaycan Meksika ilə neft sektorunda innovasiya və texnologiyaların idarə olunması sahəsində əməkdaşlıq edə bilər. Azərbaycan tərəfi bununla bağlı danışıqlara başlamağa hazırdır.

Fins.az "Azərtac"-a istinadən xəbər verir ki, bu barədə Meksika Neft İnstitutunun (IMP) texnoloji rəqabət bölməsinin rəhbəri Viktor Ortizin müşayiəti ilə Meksikanın ölkəmizdəki səfiri Xuan Rodrigo Labardini Floresin Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovla görüşündə fikir mübadiləsi aparılıb.

R.Labardini Meksikanın neft sektorunun inkişafı barədə məlumat verib. Qeyd edib ki, iqtisadiyyat sahəsində gözəçarpan yüksəliş, xarici ticarətin artımı, sərmayələr üçün əlverişli mühitin yaradılması və Meksika enerji sektorunun dəstəyi bu ölkəni dünyada neft hasilatına görə 11-ci, təbii qaz hasilatına görə 19-cu yerdə qərarlaşdırıb. Bütün bunlar Meksikanı Amerika qitəsində karbohidrogen təminatına görə başlıca hissəyə çevirib.

V.Ortiz təmsil etdiyi institutun əsas fəaliyyətlərindən söhbət açıb. Deyib ki, IMP hazırda 900 patentin qeydiyyatına səbəb olmuş 50 tədqiqat layihəsini həyata keçirən 3 mindən çox personala malikdir. O, neft sektorunda Meksika ilə Azərbaycan arasında innovasiya və texnologiyaların idarə olunması sahəsində mümkün əməkdaşlıq arzusunu ifadə edib.

ARDNF-in icraçı direktoru Şahmar Mövsümov isə IMP-nin yeni texnologiyalarının inkişafına marağını bildirib. Ş.Mövsümov Afrika, Latın Amerikası və Karib Fondu vasitəsilə bəzi layihələrə sərmayələr yatırmağın mümkünlüyünü araşdırmaq üçün danışıqlara başlamağa hazır olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272