SƏNAYE

Əkin sahələrini sığortalayanların sayı - AÇIQLANDI
20 İYUL
188

Əkin sahələrini sığortalayanların sayı - AÇIQLANDI

2016-07-20 11:03:00

İlin əvvəlindən etibarən Naxçıvanda kənd təsərrüfatı bitklərinin sığortasına başlanılıb.Muxtar respublika rəhbərliyinin qoyduğu tələblərə əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi əkin sahələrinin, meyvə bağlarının, kənd təsərrüfatı texnikalarının sığortalanması üçün rayonlarda maarifləndirmə tədbirləri aparır. Agentliyin rəhbəri Hikmət Əsgərov fins.az-a bildirib ki, Şərur, Sədərək, Şahbuz və Ordubad rayonlarında kənd təsərrüfatı bitkilərinin sığortalanması ilə bağlı torpaq sahibləri ilə maarifləndirici görüşlər keçirilib .

Agentlik rəhbərinin sözlərinə görə, artıq torpaq sahibləri və sahibkarlar sığortaya maraq göstərirlər. Buna səbəb həm də əkin sahələrinə tez-tez təbii fəlakətlər nəticəsində ciddi ziyan dəyməsidir. Sahibkarlar başa düşürlər ki, gözlənilməyən halda böyük ziyanla qarşılaşmamaq üçün, əvvəlcədən əkin sahələrini sığortalamaq çox vacibdir.

2016-cı ilin 6 ayında 627 vətəndaşa məxsus kənd təsərrüfatı bitkiləri sığortalanıb. Əkin sahələri kənd təsərrüfatı bitkilərinin könüllü növü üzrə sığortalanıb. Sığortalanan əkin sahələrinin 90 %-I taxıl, qalan hissəsi isə kartof, qarğıdalı və əkin sahələridir. H.Əsgərovun sözlərinə görə, ilin əvvəlindən kənd təsərrüfat bitkilərinin sığortası ilə bağlı 4-5 hadisə olub. Əsas sığorta hadisələri isə sel və dolu nəticəsində dəyən ziyanla bağlıdır. Əkin sahələrinə dəyən ziyan dəqiqləşdiriləndən sonra bununla bağlı sahibkarlara ödəniş ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271