SƏNAYE

SOCAR neft və qazın hasilatını azaldıb
18 İYUL
141

SOCAR neft və qazın hasilatını azaldıb

2016-07-18 11:51:00

 Bu ilin iyun ayında SOCAR tərəfindən 620 min ton neft hasil edilib.

Fins.az-ın SOCAR-ın statistik rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu, 2015-ci ilin iyun ayı ilə müqayisədə 8,21% azdır. Bu ilin aprel may ayı ilə müqayisədə isə SOCAR neft hasilatını 2,97% azdır. 

Bu ilin yanvar-iyun aylarında isə SOCAR tərəfindən 3 781,7 min ton neft hasil edilib ki, bu da 2015-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 8,6% azdır. 

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 647 min ton, fevral ayında 605 min ton, mart ayında isə 646,2 min ton, aprel ayında 624,5 min ton neft, may ayında isə 639 min ton hasil edilib. 

Bu ilin iyun ayı ərzində ölkə üzrə 3 519,7 min ton neft hasil edilib ki, bu da daha əvvəlki ilin eyni ayı ilə müqayisədə 6,2% çoxdur. Bu ilin may ayı ilə müqayisədə isə bu rəqəm 1,33% azdır. 

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda ümumilikdə 21 063,9 min ton neft hasil edilib ki, bu da 2015-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 0,44% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 3 518,2 min ton, fevralda 3 339,3 min ton, mart ayında 3 649,7 min ton, apreldə 3 469,8 min ton, mayda isə 3 567,2 min ton neft hasil edilib. 

Bu ilin iyun  ayında SOCAR tərəfindən 512 min kubmetr qaz hasil edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10,3% azdır. 

Fins.az-ın SOCAR-ın açıqladığı statistik rəqəmlərə istinadən xəbər verir ki, bu ilin may ayı ilə müqayisədə isə SOCAR iyun ayında qaz hasilatını 4,4% azaldıb.

Bu ilin yanvar-iyun aylarında dövlət neft şirkəti tərəfindən həyata keçirilən təbii qaz hasilatı 3 162,1 min kubmetrə bərabər olub ki, bu da 2015-ci ilin altı ayı ilə müqayisədə 6,2% azdır. 

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 543,1 min, fevral ayında 504,4 min, mart ayında isə 547,8 min, aprel ayında 519,2 min, may ayında isə 535,6 min kubmetr təbii qaz hasil edilib.

Bu ilin iyun ayında bütün ölkə üzrə 2 472 min kubmetr qaz hasil edilib ki, bu da 2015-ci ilin eyni ayı ilə müqayisədə 6,2% çoxdur. Bu ilin may ayı ilə müqayisədə isə bu rəqəm 1,8% azdır. 

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 14 938 min kubmetr təbii qaz hasil olunub ki, bu da 2015-ci ilin altı ayı ilə müqayisədə 1,76% çoxdur. 

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 2 520 min, fevral ayında 2 368 min, mart ayında 2 583 min, aprel ayında 2 474,9 min, may ayında isə 2520,1 min kubmetr təbii qaz hasil edilib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272