SƏNAYE

Məktəbəhazırlıq qrupları necə işləyəcək? - QAYDALAR
18 İYUL
419

Məktəbəhazırlıq qrupları necə işləyəcək? - QAYDALAR

2016-07-18 11:35:00

Azərbaycan məktəblərində məktəbəhazırlıq qrupları yaradıldı. Bu barədə Nazirlər Kabinetinin qərarı qüvvəyə mindi. Qərara əsasən, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə bəzi dəyişikliklər edilib. Beləliklə, dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilirlər. Qruplarda uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir:  qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq; şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq. 

Qeyd edək ki, məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir. Uşaqların sayı 10-dan az olduğu halda isə məktəbəhazırlıq qrupları Təhsil Nazirliyinin regional təhsil idarələrinin razılığı əsasında yaradılır.

Məktəbəhazırlıq qruplarına qəbul üçün aşağıdakı sənədlər tələb olunur:

məktəbin direktorunun adına ərizə;

uşağın mübadilə vərəqəsi;

uşağın doğum haqqında şəhadətnaməsinin surəti;

uşağın 3x4 ölçüdə 2 ədəd fotoşəkli. 

Qərara görə, məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır. Həm də dərs ili iki yarım ilə bölünür:

I yarım il: 1 oktyabr - 26 yanvar;

II yarım il: 1 fevral - 31 may.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar); 5 gün əlavə tətil (1-5 may).

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274