SƏNAYE

Azərbaycan Gürcüstanın taxılını yığacaq
18 İYUL
180

Azərbaycan Gürcüstanın taxılını yığacaq

2016-07-18 10:55:00

İyul ayının 14-də Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Gürcüstanın kənd təsərrüfatı nazirinin müavini İuri Nozadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Fins.Az Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadən xəər verir.

Görüşün məqsədi taxıl biçini ilə əlaqədar Gürcüstana Ölkəmizdən taxılyığan kombaynlarla kömək edilməsinin müzakirəsi olmuşdur.

Nazir müavini İlham Quliyev dost Gürcü xalqına, ələlxüsus taxıl biçininə “Aqrolizinq” ASC-nin xətti ilə qanunvericiliyə uyğun olaraq hərtərəfli köməklik göstəriləcəyinə, kombaynların vaxtında Gürcüstan ərazisində dislokasiya olunmasına və tez bir zamanda biçinə cəlb olunmasına nazirlik tərəfindən dəstək veriləcəyini bildirib.

İyulun 17-də Qazax rayonunun “Qırmızı körpü” keçid məntəqəsindən 30-dan artıq “Klaas” və “New Holland” tipli kombaynlar Gürcüstana yola salınıb. Mərasimdə Gürcüstan kənd təsərrüfatı nazirinin müavini Levan Qabutaşvili çıxış edərək, köməyə görə Azərbaycan Hökumətinə və Kənd Təsərrüfatı Nazirliyinə minnətdarlığını bildirib.

Kombaynlar 20-25 gün ərzində Gürcüstan fermerlərinə taxıl biçinində yardımçı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270