SƏNAYE

SOCAR Türkiyəyə 18 mlrd. dollar sərmayə qoyacaq
15 İYUL
265

SOCAR Türkiyəyə 18 mlrd. dollar sərmayə qoyacaq

2016-07-15 17:18:00
Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə Türkiyə birinci yer tutur. Təkcə SOCAR tərəfindən 2018-ci ilədək Türkiyəyə 18 mlrd. ABŞ dolları həcmində sərmayə qoyulması nəzərdə tutulub. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərinə görə, Azərbaycanda 2400-dən artıq Türkiyə şirkəti, Türkiyədə isə 1000-dən artıq Azərbaycan şirkəti fəaliyyət göstərir. İki ölkə arasında ticarət-iqtisadi əlaqələrinin davamlı, sabit və uzunmüddətli inkişafının təmin edilməsində Azərbaycan-Türkiyə hökumətlərarası birgə komissiyasının vacib rolu var. Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə xarici işlər naziri Elmar Məmmədyarovun  təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüş zamanı 200-dən artıq müxtəlif ikitərəfli sənəd imzalanıb. 
 
Nazirlər qeyd ediblər ki, Azərbaycan-Türkiyə əməkdaşlığı regionda və onun hüdudlarından kənarda sülh və inkişafın təmin olunmasına xidmət edir və sabitləşdirici rol oynayır. İkitərəfli əməkdaşlığın Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli formatlarında da inkişaf etdiyi diqqətə çatdırılıb.
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272