SƏNAYE

Sənayedə nə artıb, nə azalıb? - STATİSTİKA
13 İYUL
164

Sənayedə nə artıb, nə azalıb? - STATİSTİKA

2016-07-13 15:12:00

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 2016-cı ilin yanvar-may aylarında 12,1 milyard manatlıq sənaye məhsulu istehsal edib. Dövlət Statistika Komitəsindən fins.az-a verilən xəbərə görə, müvafiq dövrü ilə müqayisədə bu istehsal 0,3 faiz azalıb. .

Azalmaya səbəb xam neft hasilatının 0,7 faiz, qaz hasilatının 9,9 faiz, elektrik enerjisi istehsalının 6,8 faiz, habelə bir sıra emal sənayesi məhsullarının istehsalının azalması olub.

Sənaye məhsulunun 64,5 faizi mədənçıxarma sektorunda,

28,6 faizi emal sektorunda,

6,1 faizi elektrik enerjisi,qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda,

0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda məhsul istehsalı 0,3 faiz azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 3,0 faiz, içkilərin istehsalı 6,2 faiz, tütün məmulatlarının istehsalı 33,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,9 dəfə, geyim istehsalı 0,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 17,0 faiz, hazır metal məmulatlarının istehsalı 18,6 faiz, kompyuter və elektron məhsullarının istehsalı 3,1 dəfə, elektrik avadanlıqlarının istehsalı 54,8 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 41,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,0 dəfə artıb.

Bu sahələrdə isə istehsal azalıb.

Dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 73,6 faiz, kağız və karton istehsalı 6,0 faiz, poliqrafiya məhsullarının istehsalı 7,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 18,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 22,6 faiz, tikinti materiallarının istehsalı 26,2 faiz, metallurgiya məhsullarının istehsalı 9,4 faiz, maşın və avadanlıqların istehsalı 29,3 faiz, mebel istehsalı isə 8,3 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,8 faiz azalıb.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,5 faiz artıb, neft sektorunda isə 0,8 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274