SƏNAYE

Yeni idxal rüsumları müəyyən olunacaq - NAZİRDƏN AÇIQLAMA
12 İYUL
166

Yeni idxal rüsumları müəyyən olunacaq - NAZİRDƏN AÇIQLAMA

2016-07-12 10:38:00

Məhsul bolluğu yaradılmasını tənzimləmək məqsədilə yeni idxal rüsumlarının tətbiqi gözlənilir. Fins.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. "Məhsul bolluğu yaradılmasının “artıq məhsul təklifi” kimi ciddi risk yaratmaması və daxili bazarın qorunması məqsədilə belə məhsullar üzrə idxal rüsumlarının tətbiqinə böyük zərurət yaranıb".

Nazir qeyd edib ki, torpaq sahələrinin, xüsusilə bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilmə mexanizmini sadələşdirməyə ehtiyac var. "Ermənilərin ölkəmizə hərbi təcavüzü zamanı islahat aparılmayaraq dövlət mülkiyyətində saxlanılan və əhali tərəfindən becərilən əkin sahələrinə görə subsidiya verilməsi üçün hüquqi əsasların yaradılmasına, irimiqyaslı layihələr həyata keçirilən zaman əvəzlənən torpaq sahələrinə subsidiyanın verilməsi üçün onlara hüquq müəyyənedici sənədlərin verilməsinə, torpaq sahələrinin alğı-satqısı, icarəyə verilməsi, vərəsəlik əsasında hüquqların keçirilməsi ilə bağlı dövlət rüsumlarının məbləğinə yenidən baxılmasına zərurət yaranıb".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275