SƏNAYE

Sənayenin inkişafı müzakirə edildi
05 İYUL
151

Sənayenin inkişafı müzakirə edildi

2016-07-05 14:10:00

Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Xidmətinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “ Sənayeləşmə və innovativ inkişaf” mövzusunda ictimai müzakirə keçirilib.

Fins.az xəbər verir ki, tədbirdə Prezidenti Administrasıyasının sektor müdiri Elxan Mikayılov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, dövlət və özəl sənaye müəssisələrinin nümayəndələri, sahibkarlar, gənc alim və doktorantlar iştirak ediblər.

Çıxışlar zamanı iqtisadi diversifikasiyanın məqsədinin yeni növ məhsul və xidmətlərin istehsalı hesabına ÜDM-in, yerli və dünya bazarında rəqabətqabiliyyətliliyinin, istehsalın səmərəliliyinin artırılması üçün yeni texnologiyaların yaradılması və qabaqcıl texnologiyaların cəlb edilməsi olduğu qeyd edilib, elmtutumlu sahələrin artırılması ilə milli iqtisadiyyatın yeni mərhələyə keçdiyi, innovativ inkişafa qədəm qoyduğu bildirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272