SƏNAYE

Toxumçuluğun inkişafına 12 milyon manat ayrıldı- SƏRƏNCAM
04 İYUL
169

Toxumçuluğun inkişafına 12 milyon manat ayrıldı- SƏRƏNCAM

2016-07-04 18:28:00

Prezident İlham Əliyev Azərbaycanda toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncam ölkəmizdə yüksək keyfiyyətli məhsuldar bitki sortlarının toxumlarına olan ehtiyacı ödəmək, toxumluq məhsulların istehsalını artırmaq, bitki sortlarının toxumlarının təmizlənməsini, qablaşdırılmasını, etiketləşdirilməsini və saxlanılmasını təmin etmək məqsədilə imzalanıb.

Sərəncama əsasən müxtəlif bitki sortlarının toxumlarının istehsalı və saxlanılması üzrə ixtisaslaşmış müəssisələrin tikintisi, maşın və avadanlıqla təmin olunması üçün Kənd Təsərrüfatı Nazirliyinə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 12 milyon manat ayrılıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272