SƏNAYE

BP və "Exxon Mobile" şirkətləri AÇG layihəsi üzrə razılığa gələ bilmir
01 İYUL
210

BP və "Exxon Mobile" şirkətləri AÇG layihəsi üzrə razılığa gələ bilmir

2016-07-01 16:44:00

ABŞ-ın "Exxon Mobil" və Böyük Britaniyanın BP şirkətlərinin Azərbaycan yataqlarında neft hasilatı ilə bağlı iri neft sazişi ilə əlaqədar münasibətləri gərgindir və hələ də “Əsrin müqaviləsi” adlanan kontraktı yeniləməyiblər. Fins.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Reuters”ə üç ən yüksək səviyyəli sənayə mənbələrindən bildiriblər.

Xəzər dənizində "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının işlənməsi ilə məşğul olan və özünün dünyadakı neft hasilatının 10%-ni buradan təmin edən BP şirkəti Azərbaycanla ilkin əsaslarla razılaşdırılmış 30 illik (1994-cü ildə imzalanan) müqavilənin uzadılması ilə bağlı razılığa gəlib.

Lakin AÇG konsorsiumunda mövcud olan payına görə karbohidrogen  hasilatından 1% gəlir əldə edən "Exxon Mobil" şirkəti isə 2014-cü ildə neft qiymətlərinin yarıbayarı azalması səbəbindən daha səmərəli bir saziş axtarışındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272