SƏNAYE

“Baku Steel Company”də partlayış: Yaralılar var
01 İYUL
609

“Baku Steel Company”də partlayış: Yaralılar var

2016-07-01 14:34:00

Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” zavodunda istehsalat qəzası nəticəsində partlayış baş verib.

Fins.az “Report”-a istinadən xəbər verir ki, partlayış nəticəsində beş nəfər xəsarət alıb.

Həmin şəxslər zavodda işləyənlər - Sumqayıt şəhər sakini 1951-ci il təvəllüdlü Ələsgər Ələsgərov, Masallı rayon sakini 1970-ci il təvəllüdlü Elsevər İbadullayev, 1971-ci il təvəllüdlü Məmməd Kərimov, Şabran rayon sakini 1959-cu il təvəllüdlü Nüsrətdin Səfərov və 1982-ci il təvəllüdlü Natiq Salmanovdur.

Yaralılar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Ə.Ələsgərov və E.İbadullayev tibbi yardım aldıqdan sonra evə buraxılıb, digər yaralıların vəziyyəti stabil ağırdır.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272