SƏNAYE

Neft şirkəti səhmlərini satışa çıxarıb - AÇIQLAMA
20 İYUN
460

Neft şirkəti səhmlərini satışa çıxarıb - AÇIQLAMA

2016-06-20 16:38:00

Azərbaycanlı biznesmen  Vahid Ələkbərovun rəhbərlik etdiyi “Lukoyl” Avropa bazarlarını tərk etmək niyyətini açıqlayıb . V.Ələkbərov bildirib ki, şirkət İtaliya, Rumıniya, Bolqarıstan və Niderlanddakı  zavodlarını satmağı qərara alıb. Bundan başqa, Rumıniyada şirkət əməkdaşlarını “Lukoyl”un pullarının yuyulmasında ittiham edirlər. Hazırda “Lukoyl” aktivlərini Avropaya satmaq imkanlarını araşdırır. V.Ələkbərov aktivlərin hissə-hissə, tam və ya investor cəlb etmək üçün idarəçiliyin özəl bir şirkətə verilə biləcəyini söyləyib. “Bu aktivlər hazırda bizim üçün strateji əhəmiyyət daşımır. Biz son illər daha çox geoloji-axtarış, neft və qaz yataqlarının işlənməsinə istiqamətlənmişik”.

Həmçinin şirkətin səhmdarlarına birjada  katirovka   olunacaq  yeni bir şirkət yaratmaq da təklif ediləcək. “Bunu əksər iri neft şirkətləri ediblər”, deyə Lukoyl prezidenti vurğulayıb.                   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270