SƏNAYE

SOCAR "Qazprombank"la saziş imzaladı
17 İYUN
217

SOCAR "Qazprombank"la saziş imzaladı

2016-06-17 15:46:00

Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində "Qazprombank" və SOCAR əməkdaşlıq haqqında saziş imzalayıb. 

Fins.az APA-ya istinadən xəbər verir ki, sənədə bankın İdarə Heyətinin Andrey Akimov və SOCAR prezidenti Rövnəq Abdullayev imza atıb. 

Saziş "SOCAR Polymer"in polipropilen və yüksək sıxlıqlı polietilen istehsalı zavodlarının tikintisi üzrə azot qurğusunun tədarükünü nəzərdə tutur. Qurğu bank qrupuna daxil olan "Kriogenmaş" şirkəti tərəfindən hazırlanacaq.

Qurğu "SOCAR Polymer"in azota yaranan tələbatını təmin edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272