SƏNAYE

Mingəçevirdə 100 milyon dollar sərmayə ilə 2 min iş yeri açılacaq
14 İYUN
617

Mingəçevirdə 100 milyon dollar sərmayə ilə 2 min iş yeri açılacaq

2016-06-14 15:04:00

Mingəçevir Sənaye Parkının təşkili istiqamətində tədbirlər həyata keçirilir və ilkin hesabalamalara əsasən buraya 100 mln. dollardan çox investisiyanın yatırılması və 2 min iş yerinin açılması nəzərdə tutulur.

Bu barədə "Marja"ya İqtisadiyyat Nazirliyindən bildirilib.

Nazirlikdən bilirilib ki, Gəncədə sənaye parkının yaradılması istiqamətində işlər aparılır. Dövlət başçısı dünən Masallı Sənaye Məhəlləsinin yaradılması barədə Sərəncam imzalayıb.

Ölkə başçısının müvafiq Fərmanları ilə yaradılmış Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Qaradağ Sənaye Parkı artıq fəaliyyət göstərir və bu parklarda rezidentlərin səmərəli fəaliyyəti üçün güzəştli rejim yaradılmışdır.

 Sumqayıt Kimya Sənaye Parkının artıq 8 rezidenti var və bu rezidentlər tərəfindən sənaye parkına 1,1 mlrd. dollardan çox investisiyanın yatırılması və 2200 iş yerinin yaradılması gözlənilir.

Hazırda Sumqayıt Kimya Sənaye Parkının növbəti - 9-cu rezidentinin qeydiyyata alınması üçün işlər görülür.

Neftçala Sənaye Məhəlləsində hazırda son tamamlama işləri aparılır və yaxın vaxtlarda sahibkarların istifadəsinə veriləcəkdir. Sahibkarlar tərəfindən Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün 17 layihə təqdim edilmişdir. İlkin mərhələdə ümumi investisiya məbləği 20 milyon manatdan çox olan 7 layihə icra olunacaq və 380 iş yeri açılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272