SƏNAYE

Yeni sənaye məhəlləsi yaradılır - 700-dək iş yeri
09 İYUN
531

Yeni sənaye məhəlləsi yaradılır - 700-dək iş yeri

2016-06-09 08:41:00

Zaqatala rayonunun Aşağı Tala kəndində sənaye məhəlləsi - “Şimal-Qərb” brendi ilə fəaliyyət göstərəcək sosial ticarət mərkəzi tikiləcək.

Fins.az-ın "Marja"ya istinadən məlumatına görə, hazırda icra hakimiyyəti və “RR” şirkətlər qrupu tərəfindən Aşağı Tala kəndinin ərazisində sənaye məhəlləsinin yaradılması istiqamətində iş aparılır. “Şimal-Qərb” brendi ilə fəaliyyət göstərəcək sosial ticarət mərkəzinin – sənaye məhəlləsinin tikintisi üçün torpaq sahəsinin ayrılması və layihələndirmə işlərinə başlanılıb.

Yeni sənaye məhəlləsi Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi magistral avtomobil yolunun kənarında yaradılacaq. Layihəyə əsasən, burada regional ticarət mərkəzinin, kənd təsərrüfatı bazarının, çörək zavodu, dəyirman, tikiş fabriki və mebel salonunun, meyvə şirələrinin istehsalı və satışı  müəssisəsi, quru meyvələrin istehsalı və qablaşdırılması obyektlərinin, ət məhsulları zavodunun, mövsümi məhsulların saxlanması üçün anbar və soyuducu kameraların, beton məmulatları zavodunun, tikinti materiallarının regional satış bazasının, həmçinin çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulur.

Mərkəzdə avtomobil bazarı, TIR parkı və yanacaqdoldurma məntəqəsi də fəaliyyət göstərəcək. Sənaye məhəlləsinin yaradılması rayon əhalisinin məşğulluğunun təmin edilməsinə mühüm töhfə olacaq.

Bu obyektlərdə, ümumilikdə, 600-700 yeni iş yerinin açılması nəzərdə tutulur.

“RR” şirkətlər qrupu 2006-cı ildə ağdamlı Qarayev Rafiq tərəfindən  təsis etmişdir. Şirkət fəaliyyət göstərdiyi illər ərzində, Bakı və Bakı ətrafı rayonlarda mülki və sənaye binaların tikintisini həyata keçirmişdir.Şirkətin əsas fəaliyyət sferası inşaat sektoru olmasına baxmayaraq, digər sferalara da investisiya qoyaraq özünü doğrultmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272