SƏNAYE

"SOCAR-da işə qəbul şəffaf keçirilir" - XALİK MƏMMƏDOV
03 İYUN
652

"SOCAR-da işə qəbul şəffaf keçirilir" - XALİK MƏMMƏDOV

2016-06-03 14:26:00

Hazırda SOCAR-da təqribən 51 min nəfər işçi çalışır. Onların 12%-i rəhbər, 19%-i mütəxəssisdir, 69%-i fəhlələrdir. Fins.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Bakıda keçirilən Xəzər Beynəlxalq Neft-Qaz Konfransının ikinci günündə  çıxış edərkən SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədov bildirib.

Onun sözlərinə görə, yaş qrupuna görə 30 yaşa qədər olanlar işçilərin 14%-ni təşkil edir: “Onların 20%-i 41-50 yaş qrupları üzrə, 31-40 yaş üzrə isə 22%-dir, 51 yaşdan yuxarı olanlar isə 38%-dən yüksəkdir”.

Vitse-prezident bildirib ki, təhsilə görə, 32%-i ali, 13%-i orta ixtisas, 5%-i peşə, orta təhsilli isə 50%-dir: “Kişilər 83%, 17%-i qadınlardır. 35 nəfər elmlər doktoru, 225 nəfər elmlər namizədi çalışır. Bu kadr tərkibi SOCAR-ın ən əsas resursudur”.

X.Məmmədov işə qəbul qaydalarından da danışıb. Bildirib ki, artıq SOCAR-da işə qəbulla bağlı şəffaflıq və ədalət tam təmin edilib.

“Bu gün SOCAR işə qəbul prosesini şəffaf, ədalətli, hamının iştirak edə biləcəyi şəkildə təşkil edir. İndiyə  qədər işə qəbulla bağlı 174 min 570 müraciət daxil olub. 3 min 889 vakansiya elan edilib, 54 min 199 vakansiya təsviri formaya uğun ilkin seçim aparılıb”.

X. Məmmədov qeyd edib ki, onlardan 32 min 141 vakansiya üzrə test imtahanı, fəhlə kateqoriyası üzrə 6 min 500 müsabiqə təşkil edilib: “Müsabiqələrdən uğurla keçərək SOCAR-da vakansiyaları tutan işçilərin sayı isə 3 753 nəfər olub”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272