SƏNAYE

SOCAR-ın "Petkim"dəki payı azalmayacaq
01 İYUN
183

SOCAR-ın "Petkim"dəki payı azalmayacaq

2016-06-01 14:10:00

"SOCAR-ın "Petkim Petrokimya Holding A. Ş."-dəki payı heç vaxt 51%-dən aşağı düşməyəcək". 

Fins.az APA-ya istinadən xəbər verir ki, bu barədə "SOCAR Turkey Energy" şirkətinin İdarə Heyətinin sədri Zaur Qəhrəmanov deyib.

"Hazırda "Petkim"də 56-57%-lik paya sahibik. Bir şey dəqiqdir ki, SOCAR-ın payı 51%-dən aşağı düşməyəcək. Biz mütəmadi olaraq həm səhm alırıq, həm də satırıq. Hazırda səhmlər bahalaşdığı üçün biz onların bir qismini satırıq və layihələrimizin maliyyələşdirilməsinə yönəldirik", - deyə şirkət rəhbəri qeyd edib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275