SƏNAYE

"Azəri-Çıraq-Günəşli"nin payçılarından biri layihəni tərk edir
30 MAY
844

"Azəri-Çıraq-Günəşli"nin payçılarından biri layihəni tərk edir

2016-05-30 13:28:00

Hindistanın "ONGC Videsh Limited" şirkəti "Azəri-Çıraq-Günəşli" (AÇQ) layihəsindəki payını satmaq niyyətindədir.

"Reuters"  xəbər verir ki, "ONGC Videsh Limited" AÇQ-dəki 2,72%-lik payını sataraq "sırf neft biznesinə fokuslanmaq niyyətindədir" və bununla bağlı SOCAR-la müqavilə imzalayıb. Müqavilənin detalları açıqlanmır.

"Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib. Layihənin iştirakçıları BP (35,78%), ABŞ-ın "Chevron" (11,27%), "ExxonMobil" (8,0006%), Hindistanın "ONGC Videsh Limited" (2,72%), Yaponiyanın "Inpex" (10,96%), "Itochu" (4,3%), SOCAR (11,65%), Norveçin "Statoil" (8,56%), Türkiyənin TPAO (6,75%) şirkətləridir.

 

 SOCAR Trading SA və ONGC Videsh Limited anlaşma memorandumu imzalayıb.

"SOCAR Trading"dən verilən məlumata görə, imzalanma mayın 27-də baş tutub.

İmzalanmış memorandum iki tərəfin satışdan gələn gəlirin optimallaşmasında təcrübənin mübadiləsi yolu ilə neft-qaz sənayesində əməkdaşlığını nəzərdə tutur.

Gərərgahı Cenevrədə yerləşən "SOCAR Trading" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) marketinq bölməsi kimi Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yaxınlıqdakı digər yataqlarından hasil olunan Azərbaycan neftinin satışı üçün 2007-ci ilin dekabr ayında qeydiyyatdan keçib. 2016-cı il yanvar ayına olan vəziyyətə görə, "SOCAR Trading"in Cenevrə, London, Sinqapur, Dubay və Kalqaridəki beş əsas ticarət nümayəndəliklərində, eləcə də bir neçə digər nümayəndəlikdə olan 200-dən artıq əməkdaşı var.  

Mənbə: APA, Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272