SƏNAYE

SOCAR-ın yeni zavodu 70% hazırdır
25 MAY
477

SOCAR-ın yeni zavodu 70% hazırdır

2016-05-25 15:07:00

Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa etdiyi Karbamid zavodunda işlərin 70%-dən çoxu görülüb. Fins.az xəbər verir ki, bu barədə zavodun direktoru Xəyal Cəfərov bildirib. 

Onun sözlərinə görə, mühəndislik işlərinin is 99%-i tamamlanıb. "Avadanlıqların 90%-i hazırlanıb və hazırda respublikadadır. Avadanlıqlar gəldikcə, işlər tədricən davam etdiriləcək. Müvafiq razılıq və icazələr alındıqca, tikinti işləri də davam etdirilir. Ümumilikdə, tikintisi işlərinin təxminən 20%-i həyata keçirilib. Özəl svay və öz fundament işləri tamamlanmaq üzrədir. Hazırda metal konstruksiyalı estakadaların quraşdırılması və irihəcmli avadanlıqların montajı davam etdirilir", - deyə zavodun direktoru qeyd edib. 

X. Cəfərov əlavə edib ki, zavodun tikintisi 2017-ci ilin sentyabr-oktyabr aylarında başa çatacaq: "Bundan sonra biz tədricən zavodda sazlama işləri aparacağıq. Bundan sonra zavod istismara veriləcək. Gözlənilir ki, 2018-ci ilin əvvəlində gübrə istehsalına başlanacaq". 

X. Cəfərov bildirib ki, zavodda il ərzində 650-660 min ton karbamid istehsal olunacaq. "Yerli tələbat təxminən 150-200 min ton civarındadır. Yerli tələbatı ödədikdən sonra biz istehsal olunan karbamidin 2/3-i qonşu ölkələrə ixrac etməyi planlaşdırırıq. Əsas bazar kimi Türkiyə və Gürcüstan götürülüb. Bundan başqa, məhsul Cənubi Avropa ölkələrinə də ixrac oluna bilər", - deyə o qeyd edib. 

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275