SƏNAYE

Rövnəq Abdullayev İsveçrə ofisinin bağlanmasından danışdı
25 MAY
328

Rövnəq Abdullayev İsveçrə ofisinin bağlanmasından danışdı

2016-05-25 14:09:00

Dünya bazarında neftin ucuzlaşması Dövlət Neft Şirkətinin (SOCAR) struktur dəyişiklikləri etməyə məcbur edib. Fins.az-ın məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, SOCAR hər bir şirkət kimi xammalın qiymətinin ucuzlaşmasına cavab olaraq müvafiq qərarlar qəbul edib.

 İsveçrədə SOCAR nümayəndəliyinin bağlanması barədə məlumatı şərh edərkən R.Abdullayev bildirib ki, SOCAR bütün xarici nümayəndəliklərin fəaliyyətinin dayandırılması barədə qərarı hələ ötən ilin dekabrında qəbul edilib: "Nümayəndəliklərin funksiyaları Bakıdakı ofisə və tam SOCAR-a məxsus olan şirkətlərə verilib".

 Mənbə: “Trend”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275