SƏNAYE

Neft Fondunun gəlirliliyi cəmi 1,24%-dir
25 MAY
281

Neft Fondunun gəlirliliyi cəmi 1,24%-dir

2016-05-25 11:05:00

Dövlət Neft Fondunun (ARDNF) bütün fəaliyyəti dövründə gəlirləri 126,2 milyard dollar təşkil edib. Fins.az xəbər verir ki, bu barədə Fondun investisiyalar üzrə baş müşaviri Ziya Kəngərli bildirib. O, bu barədə “Xəzər” universitetində keçirilən “Neftin qiymətinin düşməsi və iqtisadi islahatlar: çağırışlar və imkanlar” adlı forumda danışıb. ARDNF rəsmisinin sözlərinə görə, hazırda təmsil qurumun gəlirləri 2 mənbədən formalaşır: neftin satışı və aktivlərin idarə olunması.

Ziya Kəngərli bu illər ərzində fondun xərclərinin isə 92 milyard dollara yaxın olduğunu deyib: “Xərclərin strukturunda əməliyyat xərclərinin payı azdır. Əsas pul layihələrin maliyyələşdirilməsinə və dövlət büdcəsinə transfertlərə gedir” – deyə o, qeyd edib.

2015-ci ildə Neft fondunun aktivlərinin gəlirliliyi 1,24% təşkil edib. “Əgər uzunmüddətli dövrə baxsaq son 3 ildə orta illik gəlirlilik 1,51%, son 5 ildə orta illik gəlirlik 1,5%, son 10 ildə isə orta illik gəlirlik 2,42% olub” – deyə baş müşavir bildirib.

ARDNF 1999-cu ildə yaradılıb. Həmin il onun aktivləri 271 milyon dollar olub. 2016-cı ilin əvvəlinə isə bu rəqəm 33,57 milyard dollar, aprelin 1-nə isə 34,25 milyard dollar təşkil edib. Mənbə: “Trend”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275